Boşanmaq istəyən qadını diri-diri basdırdılar - VİDEO


12:16     15 Noyabr 2018 2018/11/kayin-3084526338_1542269754.jpg

Ərindən boşanmaq istəyən qadın qayınatası və qayınanası tərəfindən diri-diri torpağa basdırılaraq öldürülüb.


Femida.az xəbər verir ki, hadisə Braziliyada baş verib.

Bir aydır itkin düşdüyü bildirilən iki uşaq anası Marcia Martins Mirandanın meyiti Sao Paulo şəhərində, yaşayış olmayan evin beton blokunun altından tapılıb. 41 yaşlı qadının ölümündə şübhəli bilinən qayınanası 60 yaşlı Maria İzilda Pereira Miranda və qaynatası 62 yaşlı Fernando Antonio Martins de Oliveira həbs edilib. Yaşlı cütlük iddiaları rədd etsələr də, araşdırmalardan sonra bəlli olub ki, qadının cəsədi tapılan evi onlar kirayələyiblər.




Gəlinlərini öldürməsinə səbəb onların nəvələrini çox istəməsi göstərilib. Çünki ərindən boşanmağa çalışan Marcia 4 yaşlı oğlunu və 9 aylıq qızını özündə saxlamaq istəyib. Buna isə ərinin valideynləri qarşı çıxıb. Belə olduqda onlar çıxış yolunu gəlinlərini öldürməkdə görüblər.

İddiaya görə, əvvəlcə gəlinlərini kirayələdikləri evə çağıran cütlük, onun başına küt alətlə zərbə endiriblər. Daha sonra evin beton blokunun altında diri-diri basdırıblar. Bunu isə qadının boğularaq ölməsi təsdiq edir.

Faktla bağlı istintaq davam edir.

Açar sözlər: #qətl   #kriminal   #Video  

Oxunub: 3266