Bakıda daha bir beynəlxalq konfrans işə başladı


12:31     15 Noyabr 2018 2018/11/IMG-2-1542269020_1542270742.jpg

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, konfrans “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” və “Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi” sessiyalarından ibarətdir.

Konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə müzakirələr aparmaqdır.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan olan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edir.

Xatırladaq ki, “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 413