Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı


12:51     15 Noyabr 2018 2018/11/telefon_141017_1542271942.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində “S9”, 2 ədəd “S9+” yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 508