Bakıda tədris mərkəzi yandı


13:10     15 Noyabr 2018 yangin_38673636.jpg

Bakı şəhərində yanğın hadisəsi baş verib.


Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayılıb

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 400 m² olan üçmərtəbəli tikilinin (tədris mərkəzi kimi fəaliyyət göstərir) zirzəmisində 2 ədəd elektrik lövhəsi, lambirdən ibarət tavanı 150 m² sahədə, taxtadan ibarət divar üzlüyü 20 m² sahədə və pilləkən qəfəsinin 1-ci və 2-ci mərtəbələrinin lambirdən ibarət tavanı 70 m² sahədə yanıb.


Tikilinin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Bakı   #məktəb   #yanğın  

Oxunub: 519