Milli Məclisdə təklif: “Deputatlar üçün evlər tikilsin!”
13:32 15 Noyabr 2018
Milli Məclis üzvü Qüdrət Həsənquliyev deputatların və parlament işçilərinin maaşının artırılmasını və onlar üçün mənzil tikintisinin bərpa edilməsini təklif edib.
Femida.az AzVision.az-a istinadən xəbər verir ki, o, bu təkliflə “Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat çıxışında bildirib: “Bundan əlavə, mən deputatlar üçün mənzil tikintisinin yenidən bərpa olunmasını təklif edirəm. Bir zamanlar deputatlar üçün mənzillər tikilirdi və mən özüm də 2003-cü ildə mənzillə təmin olunmuşam. Amma bir müddətdir ki, mənzil tikintisi dayandırılıb. Artıq dövlətin maliyyə imkanları yenidən deputatlar üçün mənzil tikintisinə imkan yaradır. Çünki deputat aldığı maaşla ev tikə bilməz. Bu baxımdan, mənzillərin tikintisinin yenidən bərpa olunması yaxşı olardı”.
Femida.az
Oxunub: 772
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"