Azərbaycanda vəkillərə bu qadağa var - Hüquqi yardım


13:57     15 Noyabr 2018 2018/11/18_11_15_1542275857-(1)_1542276448.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu vəkillərin dövlət qulluğunda vəzifə tutması ilə bağlıdır.Qanunvericilikdə bununla bağlı hansı qadağalar mövcuddur? Vəkil dövlət qulluğunda vəzifə tuta bilərmi?





Mövzu ilə bağlı Femida.az -a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, bununla bağlı qanunvericilikdə konkret cavab mövcuddur.

"Hazırda qüvvədə olan qanunvericilikdə dövlət qulluğu və vəkillik fəaliyyəti bir araya sığmayan fəaliyyət kimi nəzərdən keçirilir. Başqa sözlə, qanunvericlik şəxsin eyni zamanda həm dövlət qulluğu fəaliyyətini, həm də vəkillik fəaliyyətini həyata keçirməsini məqbul hesab etmir.




Belə ki, Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.
Göründüyü kimi, qanunvericilikdə nə dövlət qulluqçusuna dövlət qulluğunda olduğu müddətdə, nə də vəkilə dövlət qulluğuna qəbul edildikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa icazə verilir."


Miri Məcidli
Femida.az

Açar sözlər: #vəkil   #Femida   #Hüquq   #Qanun   #məcəllə  

Oxunub: 3558