General vətəndaşları qəbul edib
14:23 15 Noyabr 2018
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Masallı rayonunda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Xidmətdən Femida.az-a verilən xəbərə görə, qəbulda 20 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib
- Generallar həlak olan hərbçilərin məzarlarını ziyarət ediblər - FOTOLAR
- Generallar xüsusi təyinatlılarının təlimini izləyib - VİDEO
- General Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb
- General-mayor Emin Şəkinski vəfat edib
- General-Qubernator Prezidentə məktub yazdı
- Generallar toplandı - Zakir Həsənov müşavirə keçirdi
- Generalın anbaan öldürüldüyü görüntü təkcə əli qalıb - VİDEO