Azərbaycanla Rusiya arasında sərhəd müzakirələri


15:22     15 Noyabr 2018 XIN.jpg

13-15 noyabr 2018-ci il tarixlərində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

XİN-dən Femida.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cü il üçün Komissiyanın iş planı təsdiq olunmuş və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 325