Bağırsağında narkotik keçirən şəxs yaxalandı


15:43     15 Noyabr 2018 18_11_15_1542282314.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Femida.az xəbər verir ki, yoxlama zamanı, zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağından, gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan bükümdə 60 ədəd açıq qəhvəyi rəngli üzərində "F/M40" nişanəsi olan metadon adlı dərman pereparatları, 18 ədəd qırıntıları və çəkisi 2,173 qram olan açıq qəhvəyi rəngli toz halında metadon aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan həmin preparatlarda metadonun təsiredici maddəsinin ümumi miqdarı 2,8 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #gömrük   #DGK   #Biləsuvar  

Oxunub: 512