Üçqat dünya çempionu rinqə qayıdır


16:37     15 Noyabr 2018 2018/11/rinq_1542285858.jpg

Noyabrın 18-də Dubayda Dünya Döyüş Federasiyası tərəfindən təşkil edilən Dünya Çempionatında azərbaycanlı idmaçılar da iştirak edəcəklər.



Femida.az xəbər verir ki, yarışda Azərbaycanı Döyüş Federasiyasının 12 nəfərlik heyəti təmsil edəcək.

Federasiyadan verilən məlumatda qeyd edilir ki, yarışda 1.91 kq çəki dərəcəsində kikboksinq üzrə üçqat dünya çempionu Şahin Mahmudov da iştirak edəcək. Şahin Mahmudov məşqlərdən uzun müddətdir, kənarda qalsa da, yenidən hazırlıqlara start verib.

Qeyd edək ki, Şahin Mahmudovla yanaşı, çempionatda 88 kq çəki dərəcəsində Avropa çempionu İlkin Səfərov da iştirak edəcək.



Femida.az

Açar sözlər:

Oxunub: 610