Azərbaycanlı kişilər ən çox bu ölkələrdən olan qadınlarla evlənir - Statistika
18:14 15 Noyabr 2018
Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.
Femida.az bildirir ki, Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 2014-cü ildə 1635, 2015-ci ildə 1291, 2016-cı ildə 1148, 2017-ci ildə isə 1202 nikah bağlanılıb.
Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında 2014-cü ildə 1499, 2015-ci ildə 1281, 2016-cı ildə 1121, 2017-ci ildə 1158 nikah bağlanılıb.
Ərəb ölkələrinə gəldikdə isə, son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar var.
Azərbaycan vətəndaşı olan qadınlarla ərəb ölkələrinin vətəndaşları olan kişilər arasında 2014-cü ildə 4, 2015-ci ildə 3, 2016-cı ildə 3, 2017-ci ildə isə 8 nikah bağlanılıb.
Femida.az
Oxunub: 612
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib