ABŞ-ın müvəqqəti işlər vəkili azərbaycanlı startapçılarla görüşdü

ABŞ-ın müvəqqəti işlər vəkili azərbaycanlı startapçılarla görüşdü


17:52     15 Noyabr 2018 18_11_15_1542289878.jpg

ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramını (USA Innovation Exchange Program) və proqram çərçivəsində “Trans-Xəzər İnnovasiya Forumu”nu uğurla başa vurmuş iştirakçılarla görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə startapçılar və gənc sahibkarlar iştirak edib.

Görüş zamanı V.Gil proqram məzunları ilə tanış olub və onların səfər barəsində fikirlərini dinləyib. Vəkil təmsil etdiyi səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli gələcəkdə ABŞ akselerator və investorları ilə gələcək əməkdaşlıq perspektivlərindən danışıb.


Daha sonra startaplarçılarla birgə müzakirələr aparılıb.

ABŞ İnnovasiya Mübadilə Proqramı çərçivəsində 3-12 noyabr tarixlərində YTP-nin təşkilatçılığı ilə Azərbaycandan olan 15 startap nümayəndəsi Silikon Vadisinə səfər edib.

Səfər çərçivəsində startapçıların ABŞ-ın San Fransisko, San Xose, Boston və Nyu York şəhərlərində “Plug and Play”, “MassChallange”, “Apple”, “Nutanix”, “Cambridge Innovation Centre” (CİC), “Fullbridge”, “Venture Cafe” kimi akselerator mərkəzlərində və şirkətlərində investorlarla görüşləri keçirilib. Eyni zamanda, Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə YTP tərəfindən Boston şəhərində Trans-Xəzər İnnovasiya Forumu da təşkil edilib. Qeyd edilən tədbirlər “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində reallaşdırılıb.



Femida.az

Açar sözlər:

Oxunub: 204