Yeni doğulan körpə öldü, cinayət işi başlandı

Yeni doğulan körpə öldü, cinayət işi başlandı


18:44     15 Noyabr 2018 korpe_usaq_334.jpg

Bakıda yeni doğulan körpə ölüb.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 253