Ermənistanda aksiya keçirilir - Nazirin istefası tələb edilir


19:40     15 Noyabr 2018 18_11_15_1542295601.jpg

Ermənistanda bir qrup gənc Hökumət Evinin qarşısında etiraz aksiyası keçirir.

Femida.az Ermənistan KİV-nə sitinadən xəbər verir ki, onlar təhsil naziri Araik Arutyunyanla müavini Ovanes Ovannisyanın istefasını tələb edirlər. Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlar Ermənistan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun Üzvi və Əczaçılıq elmi-texniki mərkəzini təmsil edirlər. Gənclər İnstitutun onların heç bir fikri öyrənilmədən 5 korpusundan 2-nin alınmasına etiraz edirlər:

“Biz məktub ünvanlamışıq və problemlərimizi bildirmişik. Yeni hökumət, faktiki olaraq əvvəlki kabinetin hərəkətlərini davam etdirir”.

Gənclər 2 korpusun İnstitutdan alınması qərarının onların rəyi öyrənilmədən qəbul edilməsinin ləğvini tələb edirlər.

Açar sözlər:

Oxunub: 394