Yunan-Roma güləşçiləri Almatıya toplaşır


21:21     15 Noyabr 2018 2018/11/EF98A3F1-DDC1-407B-A6B9-D154328CC5EF_1542302620.jpeg

Noyabrın 17-18-də Qazaxıstanın Almatı şəhərində yunan-Roma güləşi üzrə "Turluxanov Cup" beynəlxalq turniri keçiriləcək.

Yarışda ölkəmizi baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (60 kq), Kamran Məmmədov, Orxan Eyvazov (hər ikisi 67 kq), Həsən Əliyev (77 kq) və Nəzərşah Fətullayev (87 kq) təmsil edəcək.

III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ənənəvi turnirdə ədaləti qoruyacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 435


Oxşar xəbərlər