Prezident Dövlət Proqramını təsdiq edib


21:37     15 Noyabr 2018 prezident2.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az-ın məlumatına görə, sərəncamda qeyd edilib ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 429