Qənirə Paşayeva telekanallardan narazıdır - SƏBƏB


09:55     16 Noyabr 2018 18_11_16_1542347788.jpg

Qənirə Paşayeva telekanallardan narazılıq edib. Millət vəkili telekanallarda parlament tərəfindən qəbul edilən qanunlar, əlavə və dəyişikliklərin cəmiyyətə daha geniş çatdırılması üçün proqramların artmasının vacibliyini vurğulayıb:

“Dövlət büdcəsindən maliyyələşən dövlət televiziyasında və İctimai TV-də parlamentimiz tərəfindən qəbul olunan qanunlar və qanunlara edilən əlavə və dəyişikliklər barədə cəmiyyətə məlumat verən maarifləndirici proqramlar artmalıdır.

Bəzi vətəndaşlarımız qanunlardan, qanunlarla onlara verilən hüquqlardan məlumatsızdırlar. Televiziyalarımızda insanlara qəbul edilən qanunlar barədə məlumat verən maatifləndirici proqramlar artsa, bu zaman insanlarımız öz hüquqlarını daha yaxşı biləcəklər və bu kimi maarifləndirici proqramlar cəmiyyətimizin maarifləndirilməsi üçün daha çox lazımdır.

Ona görə də bu məsələyə müvafiq qurumları ciddi diqqət göstərməyə çağırıram”. / oxu.az

Femida.az

Açar sözlər: #Qənirə_Paşayeva   #deputat   #millət_vəkili   #telekanal  

Oxunub: 698