Gömrükçülər Gürcüstan vətəndaşlarını saxladı - Narkotikə görə


10:45     16 Noyabr 2018 18_11_16_1542350939.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Belə ki, Gürcüstandan gələn bu ölkə vətəndaşları- Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə-marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #Gömrük   #DGK   #Mazımçay  

Oxunub: 596