İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
11:41 16 Noyabr 2018
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Femida.az xəbər verir ki, İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək.
Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli və Şəkidə yerləşir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.
Femida.az
Oxunub: 911
Oxşar xəbərlər
- İmişlidə 46 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
- İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
- İmişlidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
- İmişlidə tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır
- İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
- İmişlidə avtomobil su kanalına düşüb, ölən var