Avtoxuliqanlar saxlanıldı - Mingəçevirdə
12:48 16 Noyabr 2018
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində idarə etdikləri avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, noyabrın 16-da gecə saatlarında onlar idarə etdikləri 10 DP 123 və 10 GB 123 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillərə mərkəzi küçələrdə davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ediblər.
Yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq ediblər. Digər hərəkət iştirakçılarının da həyatına ciddi təhlükə yaradan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”