Naxçıvanda döyüş hazırlığı: Raketlərdən atəş açıldı (FOTOLAR)


13:28     16 Noyabr 2018 2018/11/3c475-3084718908_1542360618.jpg

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.


Müdafiə Nazirliyindən Femida.az -a verilən xəbərə görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.



Açar sözlər:

Oxunub: 600