Bakıdan uçan təyyarə Moskva səmasında təhlükə ilə üzləşdi

Bakıdan uçan təyyarə Moskva səmasında təhlükə ilə üzləşdi


13:52     16 Noyabr 2018 18_11_16_1542362087.jpg

Noyabrın 15-də axşam saatlarında Moskva səmasında iki sərnişin təyyarəsi toqquşma təhlükəsi ilə üzləşib.

Bu barədə REN TV məlumat yayıb.

Bildirilir ki, Moskvanın “Domodedovo” aeroportundan Penzaya uçan layner Bakıdan “Vnukovo” hava limanına uçan təyyarə ilə az qala toqquşacaq idi.

AZAL-ın mətbuat xidmətindən qeyd ediblər ki, şirkət ötən gün rusiyalı həmkarlarından Moskva səmasında hər hansı bir təhlükə barədə məlumat almayıb:

“AZAL-a məxsus bütün sərnişin laynerləri səmada təyyarələrin toqquşması təhlükəsi ilə bağlı xəbərdaredici sistemlə təchiz edilib (TCAS). Bu sistemdən mümkün təhlükə ilə bağlı heç bir məlumat daxil olmayıb”.

Şirkətdən həmçinin bildiriblər ki, əgər hətta belə bir hadisə olubsa, AZAL təyyarələri bu insidentdə iştirak etməyiblər.

Açar sözlər:

Oxunub: 223