Xızıda heyvan oğruları saxlanıldı


14:09     16 Noyabr 2018 18_11_16_1542363015.jpg

Xızı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağdərə kəndi yaxınlığında yerləşən fermaların birindən 29 baş iri buynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə 30.000 manata qədər maddi ziyan vuran iki şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az -a verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayonu Ceyranbatan qəsəbə sakinləri Xətai Ələkbərli və Vicay Təhməzov olduqları müəyyən edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf edərək, iri buynuzlu heyvanları satmaq məqsədi üçün oğurladıqlarını bildiriblər. Oğurlanmış 29 baş iri buynuzlu heyvan maddi sübut kimi polis əməkdaşları tərəfindən aşkar edilərək zərərçəkmişə qaytarılıb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Açar sözlər:

Oxunub: 365