Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək
16:00 16 Noyabr 2018
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir".
Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya sərhəddinə qədər olacaq avtomobil yolunun tikintisi davam etdirilir:
"Yolun tikintisinə 2018-ci ildə başlanıb. Həmin yolun 153-ci kilometrliyinə qədər hissəsinin tikintisi nəzərdə tutulub. Yol birinci texniki dərəcəyə malik 4 hərəkət zolaqlı olacaq. Yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan Bakı-Ələt-İran sərhəddi avtomobil yolu 270 kilometrlik yolu 40 kilometr qısaldıb".
S.Məmmədov bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifi müəyyən etmək səlahiyyətində deyil: "Bu qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiyməti müəyyən edəcək".
Femida.az
Oxunub: 702
Oxşar xəbərlər
- Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb
- Ödənişli ictimai işlərə cəlb olunanların sayı 54 minə çatıb
- Ödənişli kitabxana xidmətlərinə aydınlıq gətirildi
- Ödənişli kitabxana xidmətlərinə aydınlıq gətirildi
- Ödənişli təhsil alan 425 tələbəyə şad xəbər
- Ödənişli məzuniyyət 21 gündən az olmamalıdır - Nazirlik
- Ödənişli əsgərlik üçün 357 min kişi müraciət edib