Məşhur MMA döyüşçüsü polislə əlbəyaxa oldu - Həbsin şok görüntüsü

Məşhur MMA döyüşçüsü polislə əlbəyaxa oldu - Həbsin şok görüntüsü


16:30     16 Noyabr 2018 2018/11/hqdefault-(2)_1542371458.jpg

Rusiyanın paytaxtı Moskva şəhərində tanınmış Qarışıq döyüş növləri üzrə (MMA) döyüşçüsü Yevgeniy Qontarevin həbs edilməsinin görüntüləri yayımlanıb.


Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki,"Bizon" ləqəbli döyüşçü saxlanılarkən polis əməkdaşları ilə əlbəyaxa olub. Bu zaman döyüşçünün anası araya girərək "oğlumu döyməyin, siz kimsiniz" deyə qışqırmağa başlayıb. Yevgeniy Qontarev ilk öncə nə baş verdiyini anlamayıb. O, elə zənn edib ki, dostları onunla zarafat edir. Daha sonra polis əməkdaşları onu yerə yıxaraq, qollarını qandallayıb.





Rusiya mətbuatı soyğunçuluq anının videosunu paylaşıb...

Məşhur döyüşçünün saxlanılmasına səbəbsə,dostları ilə birlikdə noyabrın 2-də "Hummer" markalı avtomobilə silahlı hücum edərək 30 min rubl pulu, 3 mobil telefonu və qızıl üzüyü götürərək ərazidən qaçıblar. Daha sonra bir müddət polisdən gizlənən döyüşçü anasının doğum günündə əməliyyat zamanı tutulub. Hadisə ilə bağlı video görüntüləri təqdim edirik:





Miri Məcidli
Femida.az

Açar sözlər: #Video   #Polis   #Rusiya   #Həbs   #MMAdöyüşçü   #ММАЕвгения"Бизона"Гонтарева  

Oxunub: 1864