16 ölkədən vəkillər Bakıda toplanıb
16:48 16 Noyabr 2018
Bakıda Avropa Şurasının, Hüquqşünasların Beynəlxalq Komissiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilən “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işini noyabrın 16-da davam etdirir.
Femida.az xəbər verir ki, konfransın ikinci günündə “Vəkillik peşəsinə qəbul: Təcrübələr və çağırışlar” və “Peşə müstəqilliyi üçün zəruri amil kimi peşəkar təlimlərin keyfiyyəti” mövzularında sessiyalar keçirilir.
Sessiyalarda Azərbaycanda vəkilliyin inkişafı sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilir, digər ölkələrin vəkillik sahəsindəki təcrübələrindən, yeniliklərdən danışılır, fikir mübadiləsi aparılır.
Tədbirdə 16 xarici ölkənin, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan Vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurasının, Avropa İttifaqının, Hüquqşünasların Beynəlxalq Komissiyasının, Birləşmiş Millətlər Təşkilatının, Avropa Vəkillər İttifaqının və digər beynəlxalq təşkilatların, hüquq cəmiyyətlərinin nümayəndələri, məhkəmələrin hakimləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, Vəkillər Kollegiyasının təmsilçiləri, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Femida.az
Oxunub: 574
Oxşar xəbərlər
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 162 nömrəli marşrutun yolu dəyişdirilir
- 16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
- 16 yaşlı oğlan dayısını qətlə yetirdi
- 16 yaşlı oğlanı "tok vuraraq" öldürdü
- 16 yaşdan aşağı şəxslərdən metal qəbulu qadağan edildi
- 16 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı
- 16 məktəb direktoruna töhmət verildi
- 162 yeni yoluxma qeydə alındı
- 161 obyektdə sanitariya-gigiyena tələbləri pozuldu