Hədəfə çatıldı – İlk miqrant karvanı ABŞ sərhəddindədir


18:41     16 Noyabr 2018 18_11_16_1542373185.jpg

Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışaraq ABŞ-da sığınacaq tapmaq üçün yola çıxan 2 karvandan ibarət 7 min miqrantın 2 min nəfərlik ilk qrupu Meksikanın Amerika ilə sərhəddindəki Tixuana şəhərinə çatıb.
Femida.az xəbər verir ki, Tixuananın yerli məmurları şəhərin yalnız 700 miqrantı saxlamaq iqtidarında olduğunu bildiriblər. Bu səbəbdən də, miqrantlar hələlik onlar üçün ayrılan idman salonu və stadionda yerləşdirilib.

ABŞ-ın sərhəd-gömrük işçiləri gün ərzində ən çox 100 miqrantın müraciətinə baxdığından, Latın Amerikasından gələn miqrantların Tixuanada aylarla qalıb gözləməli olacaqları ehtimal edilir.

BMT-nin statistikasına əsasən, ABŞ-a yola düşən 7 mindən çox miqrantın 2300-dən çoxu uşaqlardır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhədə 15 min əsgər göndərəcəyini bildirmişdi. O həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.

Açar sözlər:

Oxunub: 392