64 yaşlı qadın avtomobilin altında qaldı - Bərdədə faciənin VİDEOSU

64 yaşlı qadın avtomobilin altında qaldı - Bərdədə faciənin VİDEOSU


17:15     16 Noyabr 2018 2018/11/5994178dceef2_piyada_olum_1_1542374234.jpg

Bərdə rayonunda piyadanı avtomobil vuraraq öldürüb.



Femida.az -ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil yolu keçmək istəyən Bərdə rayon sakini, 1954-cü il təvəllüdlü Əsli Seyfəddin qızı Məmmədovanı vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər: #qəza   #kriminal   #Video  

Oxunub: 502