Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək

Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək


19:04     16 Noyabr 2018 baki%20sumqayit%20alternativ%20yol.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu il Bakıda yeni tikilmiş iki avtomobil yolunu istifadəyə verəcək.

Femida.az Report-a istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bunlardan biri Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunmuş "sosial ev"lərin yanından keçən, Bakı Dairəvi Yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirən yol, digər isə paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolu ilə birləşdirən yoldur: "Bu il hər iki yol qovşağı istifadəyə veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 185