Nazir Bərdədə vətəndaşlarla görüşdü

Nazir Bərdədə vətəndaşlarla görüşdü


19:47     16 Noyabr 2018 ramin%20quluzade.JPG

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bərdə şəhərində vətəndaşlarla görüşüb.

Femida.az xəbər verir ki, görüşdə Bərdə ilə yanaşı, Yevlax, Tərtər və Ağdam rayonlarının da sakinləri iştirak edib. Əvvəlcə nazir Ramin Quluzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Müraciətlər daha çox telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 248