Büdcə təşkilatlarının kommunal xidmətlərə borcu var: 3,9 milyon manat
20:29 16 Noyabr 2018
2018-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,2 faiz artaraq 198,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlakın ümumi dəyərinin 72,8 faizini elektrik enerjisi, 10,1 faizini təbii qaz, 8,5 faizini su, 5,6 faizini rabitə xidmətləri, 3,0 faizini isə istilik enerjisi təşkil edib.
2018-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 98,0 faizini ödəyib və 3,9 milyon manat kreditor borc yaranıb.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 98,2 faizindən istifadə edərək 5 milyon manatlıq təbii qaza, 3,6 milyon manatlıq suya və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- Büdcədənkənar vəsaitin bir hissəsi şəhid ailələrinə dəstək üçün yaradılmış fondlara yönəldiləcək
- Büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb
- Büdcənin gəlir və xərcləri açıqlandı
- Büdcəndən siyasi partiyalara ilk maliyyə yardımı ayrılıb
- Büdcə təşkilatlarında 89 milyon 240 min manat artıq və əsassız ödənişlər aşkarlanıb
- Büdcə layihəsi birinci oxunuşda qəbul edildi
- Büdcəyə dəyişiklik layihəsi Milli Məclisə daxil olub
- Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
- Büdcənin icrası barədə hesabat parlamentə təqdim edildi
- Büdcəyə vergi daxilolmaları proqnozu üstələyib