Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı


10:15     17 Noyabr 2018 2018/11/son-dakika-cemal-kasikci-cinayeti-11369542_9840_o_1542435934.jpg

ABŞ-ın Federal Kəşfiyyat Agentliyinin (CIA - The Central Intelligence Agency) araşdırmasına görə Haşoqqinin ölüm əmrini verən şəxs Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.


Femida.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə məlumatı ABŞ rəsmiləri verib.

İddialara görə, Haşoqqi öldürülməzdən əvvəl Səudiyyənin ABŞ-dakı konsulu Xalid bin Salmanla (Məhəmməd bin Salmanın qardaşı) telefonla danışıb. Xalid bin Salman Haşoqqiyə İstanbul konsulluğundan sənədləri götürməyin təhlükəsiz olduğunu söyləyib.

Rəsmilər düşünür ki, Xalid Haşoqqiyə qardaşının təklifi ilə zəng edib. Çünki jurnalisti öldürən şəxslər telefon zəngində "bunu bossunuza (başçı) deyin" sözlərini işlədiblər.



Səudiyyənin Vaşinqtondakı sözcüsü iddialarla bağlı açıqlama yayıb. Bildirilib ki, CIA-nın nəticələri doğru deyil.

Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 18 nəfər həbs olunub.

Açar sözlər: #Kaşıkçı   #Qətl   #Video  

Oxunub: 2021