Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi


13:49     17 Noyabr 2018 XIN.jpg

Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın Fransaya səfərinə münasibət bildirərkən deyib.

"Bu barədə artıq XİN qəti və konkret açıqlama verib. Azərbaycan Fransanın - BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Minsk qrupunun həmsədr qismində çıxış edən bir ölkənin işgalçı dövlətin və işgalçı rejimin nümayəndəsinə səfər etmək imkanını və bu səfər çərçivəsində müəyyən görüşlərin təşkilinə şərait yaratmasını bir növ işğalçı rejimin təşviqinə xidmət edən bir addım kimi qiymətləndirir.

Və fikirləşirik ki, Fransanın bu addımı onun obyektivliyini və qərəzsizliyini ciddi şübhə altına alır. Fransanın bu addımı ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim olunub", - Leyla Abdullayeva deyib.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 223