Afrikada yeni neft ehtiyatı tapıldı


16:05     17 Noyabr 2018 neft%20qiymeti%20femida.jpg

Nigerin Kafra bölgəsində Əlcəzair neft şirkəti "Sonatrach" tərəfindən neft ehtiyatı kəşf edilib.

Bu barədə Nigeriya dövlət televiziyası xəbər verib.

Xəbərdə "Sonatrach"ın ötən ildən bu yana Niger-Əlcəzair sərhədində apardığı neft axtarış işləri nəticəsində həmin ərazidə ölkənin ən böyük neft yataqlarından biri kəşf edildiyi bildirilib.

Xatırladaq ki, "Sonatrach" aprel ayında Kafrada təxminən 24 min kvadrat kilometr uzunluğundakı bir neft yatağının varlığına dair məlumatlar yaymışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 633