Qəbul imtahanlarında daha bir - Yenilik

Qəbul imtahanlarında daha bir - Yenilik


16:13     17 Noyabr 2018 meleyke%20esedov.jpg

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacayıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır. "Şagirdlərin danışmaq standartlarını da yoxmalamağa hazırıq. Amma iki il yarım biz şagirdləri dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialızımız var".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib. "Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoliji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs laızmdır, o resurlar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

Femida.az

Açar sözlər:

Oxunub: 1889