Palata Vergilər Departamentini yoxlayıb
16:47 17 Noyabr 2018
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Femida.az Hesablama Palatasına istinadən xəbər verir ki, kollegiya iclasında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılıq vəziyyətinin auditinin nəticələri, 2015-2017-ci illərdə ümumtəhsil məktəblərinə ayrılan vəsaitlərin sinif komplektlərinin sayına və şagird sayına uyğunluğunun və şagird-müəllim nisbətinin təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- Palata sədri: “Normativ-hüquqi aktlar yenilənməlidir”
- Palata DSMF-i yoxladı
- Palata İcra Hakimiyyətində yoxlama apardı
- Palata sədri: "Gəlirlərdə artım proqnozlaşdırılır"
- Palata ötən ay 5 mindən çox sorğuya cavab verib
- Palata 2 BOKT-a lisenziya verdi
- Palata Bakı Şəhər Halqasını cərimələdi
- Palata “Kontakt Home”u cərimələdi
- Palata 2 kredit ittifaqının lisenziyasını ləğv etdi
- Palata: İşğal olunmuş ərazilərdə bu əməliyyatlar dayandırılıb