Nazir ailə təsərrüfatlarına baxıb
14:41 17 Noyabr 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılmış kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, özünüməşğulluq proqramına 2018-ci ildə Şəmkir rayonu üzrə 160 ailə cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Onların bir hissəsi də əlilliyi olan insanlar (o cümlədən Qarabağ müharibəsi əlilləri) və şəhid ailələridir.
Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyə biznes-planlarına uyğun mal və materiallar təqdim edilib. Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir.
S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib