İranda yol qəzası: 7 nəfər öldü


17:57     17 Noyabr 2018 2018/11/iran-tecili_1542453765.jpg

İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.



Femida.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib.

Onun sözlərinə görə, hadisə ötən gecə "Persia" markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib.

Şadi qəza nəticəsində 7 nəfərin hadisə yerində keçindiyini, yaralanan bir nəfərin isə xəstəxanaya aparıldığını deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 461