Gömrükdə mühüm yenilik: Bu yolla sıxlıq aradan qaldırılacaq


17:03     17 Noyabr 2018 dovlet_gomruk_komitesi_0414.jpg


"Gömrükdə bir çox innovativ yeniliklər tətbiq olunur. Artıq bu gün hər bir şəxs özünün sərhəd keçməsi haqqında Dövlət Gömrük Komitəsinin saytından məlumat ala bilər".


Femida.az xəbər verir ki, bu sözləri Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

O, bildirib ki, sərhəd buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün elektron növbə sistemi yaradılacaq:

"Artıq DGK-in rəhbərliyi səviyyəsində bu sistemin prezentasiyası olub. Bu sistemin məğzi nədir? Vətəndaş sərhədə gəlməmiş evində oturub qeydiyyatdan keçəcək və onlayn formada biləcək ki, sərhəddə sıxlıq vəziyyəti necədir. Yaşıl , sarı və qırmızı olmaqla üç rəng üzrə sıxlıq barədə məlumat veriləcək. Məsələn səhər vaxtı baxıb görəcək sıxlıq varsa, həmin vaxt getməyəcək. Beləcə gün ərzində gələn vətəndaşlar bütün saatlara balanslı şəkildə paylanacaq və sərhəddəki sıxlıq aradan qalxacaq".


Amin Nəzərli


Femida.az

Açar sözlər:

Oxunub: 606