Bu il əhalinin gəlirləri artıb


17:16     17 Noyabr 2018 manat_1802158.jpg

Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2%artaraq 43 871,5 mln. manat və ya əhalinin hər nəfərinə orta hesabla 4 471,1 manat təşkil edib.



Femida.az xəbər verir ki, bu barədə report-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 272,8 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6% çox vəsait qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 447