Prezident Oman və Latviya dövlət başçılarını təbrik edib
16:58 17 Noyabr 2018
Prezident İlham Əliyev Omanın Sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Ölkə başçısı, həmçinin Latviya Respublikasının Prezidenti Raymonds Veyonisə də təbrik məktubu ünvanlayıb:
"Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib