39 yaşlı kişi borca görə bıçaqlandı
12:35 18 Noyabr 2018
Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb.
Femida.az Report-a istinadən bildirir ki, Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlü Elnur Nurməmməd oğlu Nurməmmədovgecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 594
Oxşar xəbərlər
- 39 cinayətin üstü “isti izlər”lə açılıb
- 39 yaşlı kişi yüksək dozada narkotikin təsirindən ölüb
- 39 miqrantın ölümü Baş naziri şoka salıb
- 392 min hektar sahədə taxıl biçilib
- 39 yaşayış binasının istismara hazır olması barədə rəy verilib
- 39 ölkədən 220 idmançı Bakıda yarışacaq
- 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib
- 39 yaşlı gəlin gecə evdən qaçdı
- 390 kq mənşəyi məlum olmayan ət aşkarlandı
- 39 minədək abituriyent ixtisasını seçib