Fazil Məmmədov xəstəxanaya yerləşdirildi - Spirtli içki yasağı qoyuldu

Fazil Məmmədov xəstəxanaya yerləşdirildi - Spirtli içki yasağı qoyuldu


14:55     18 Noyabr 2018 18_11_18_1542537201.jpg


Uzun müddətdir Türkiyədəki "Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-sı Azərbaycana qayıdıb.

Femida.az xəbər verir ki, modern.az-ın Gəncədəki mənbədən əldə etdiyi məlumata görə, F.Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Mənbə qeyd edir ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub.

Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib.

Femida.az

Açar sözlər: #vergi   #Fazil  

Oxunub: 426