Ağevdə istefa


16:46     18 Noyabr 2018 ag-ev.jpg

Ağ Evin Milli Təhlükəsizlik Şurasında İran-Körfəz Bölgəsinin direktoru və qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı sanksiyaları təklif edənlərdən biri Kirsten Fontenrouz istefa verib.

Fontenrouzun istefa səbəbi açıqlanmasa da onun Səudiyyə Ərəbistanına qarşı “sərt mövqe tutması”nın Ağ Evdə mübahisələrə səbəb olduğu bildirilir. İstefanın da bu səbəbdən baş verdiyi ehtimal edilir.

Məsələ ilə bağlı nə Ağ Evdən, nə də Kirsten Fontenrouzdan açıqlama verilib. / Qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 361


Oxşar xəbərlər