Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi...


17:15     18 Noyabr 2018 18_11_18_1542545491.jpg

Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə çətin idi.

Femida.az Trend-ə istinadən bildirir ki, akrobatika gimnastiaksı üzrə Dünya Kubokunda qarışıq cütlük tərkibində Ruhidil Qurbanlı ilə birgə "gümüş" medal qazanan Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi deyib.

A.Əl-Məşayxi bildirib: "Əhval-ruhiyyə əladır. Biz, hamı kimi birinci yer uğrunda mübarizə aparırdıq. Mübarizə çətin idi, amma biz də zəif komanda deyilik. Bütün bizi dəstəkləyənlərə təşəkkür edirəm".

Abdulla Əl-Məşayxi həmçinin Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanovaya da təşəkkürünü bildirib: "Bizim məşqçiyə təşəkkürümü bildirmək istəyirəm, onun sayəsində biz bu gümüş medalı qazandıq".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.


17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi - Ruhidil Qurbanlı və Ağasif Rəhimov - Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov - Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 535