Azərbaycanda 25 mindən çox insan yol qəzasında ölüb


17:59     18 Noyabr 2018 avtomobil%20qezasi%20(11).jpg

Bu gün Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günüdür.
Femida.az xəbər verir ki, BMT-nin xüsusi qətnaməsinə əsasən, hər il noyabr ayının üçüncü bazar günü dünyada xatirə günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra təsadüf edir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, hər il yol-nəqliyyat hadisələrində 1 milyon 300 min insan həlak olur: "Bu, bəzi dövlətlərin əhalisindən çoxdur. Təxminən 50 milyona yaxın insan qəzalarda xəsarət alır. Qəzalar ayrı-ayrı ölkələrin ÜDM-inin 5%-ə qədərini "yeyir".

Ölkəmiz üzrə də qorxulu rəqəmlər alınır. Rəsmi statistikaya əsasən, 1991-ci ildən bu günə qədər (bu ilin 9 ayı daxil olmaqla) yollarımızda baş verən yol-nəqliyyat hadisələrində 25113 nəfər həlak olub, təxminən 75 mindən artıq adamın sağlamlığına ağır və az ağır zərər dəyib. Bu itkilər Qarabağ müharibəsindəki itkilərimizi üstələyir".

Açar sözlər:

Oxunub: 345