Kamran Ağayev millinin heyətindən çıxarıldı


18:55     18 Noyabr 2018 18_11_18_1542550647.jpg

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Femida.az AFFA-nın saytına istinadən xəbər verir ki, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (“Keşlə”) əvəzinə millinin heyətinə “Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.

Açar sözlər:

Oxunub: 480