ABŞ və Türkiyə generalı bağlı qapılar arxasında


20:43     18 Noyabr 2018 18_11_18_1542559503.jpg

Türkiyə müdafiə naziri Hulusi Akar ABŞ-ın baş qərargah rəisi Jozef Dunfordla görüşüb.

Femida.az bildirir ki, generallar Kanadanın Halifax şəhərində bir araya gəliblər və bağlı qapılar arxasında bir saatdan çox müzakirələr aparılıb.

Müzakirələr əsasən YPG-ABŞ münasibətləri, ABŞ-da FETÖ üzvlərinin Türkiyəyə verilməsi mövzusunda aparılıb.

Görüşdən sonra nazir Hulusi Akar bildirib ki, PKK-dan ciddi fərqli olmayan PYD-nin mövcudluğu, amerikalı əsgərlərlə birlikdə oturub-durmaları və əməkdaşlıq etmələri uyğun hadisə deyil. O, bildirib ki, bu əlaqənin dərhal dayandırılması lazımdır:

"Biz görüş zamanı fikirlərimizi qarşı tərəfə çatdırdıq. Belə fakt və görüntülərin təkrarlanmaması üçün mövqeyimizi ifadə etdik. Eləcə də PYD-yə yük avtomobilləri və təyyarələrlə silah verilməsini müttəfiqlik anlayışına zidd olduğunu qeyd etdik. Biz bu işin taktiki və keçici olsa da, Türkiyə tərəfindən qəbul edilməz olduğunu təkrar-təkrar qarşı tərəfə söylədik".

Açar sözlər:

Oxunub: 396