“WhatsApp”da maraqlı yenilik - Mesajlara vaxt qoyulacaq


21:20     18 Noyabr 2018 18_11_18_1542561206.jpg

“WhatsApp” “Snapchat”ın tətbiq etdiyi “İtən mesaj” funksiyasını tətbiq etməyə hazırlaşır.

Femida.az “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, yeni funksiya sayəsində mesaj göndərilmədən öncə onun nə zaman silinməsinə dair vaxt təyin ediləcək.

Vaxt dolduqdan sonra həmin mesaj göndərən və göndərilən hər kəsin telefonundan avtomatik olaraq silinəcək.

Müddət seçimləri arasında 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün olacaq.

Yeniliyin nə zaman istfadə veriləcəyi bilinmir.

Açar sözlər:

Oxunub: 585