BDU-nun giriş-çıxışı bağlandı - Yoxlamalar başladı


09:25     19 Noyabr 2018 BDU%20teze%20korpus7.jpg

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində yoxlamalar başlayıb.



Femida.az Yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Femida.az

Açar sözlər:

Oxunub: 817